Aztəminatlı ailələrə birdəfəlik maddi yardım ediləcək- Sərəncam
29.12.2021 312 0.0 0

Azərbaycan Respublikası Prezidenti aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb

 

Qazeta.info Prezidentin Mətbuat Xidmətinə istinadla bildirir ki, sənəddə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım verilməsi öz əksini tapıb.

 

Bununla bağlı, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 (dörd milyon səkkiz yüz min) manat ayrılıb.

Bundan başqa, sərəncamda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etməsi qeyd edilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar