Azad edilmiş ərazilərin bərpasında iştirak etmək üçün Azərbaycana 24 macar şirkəti gəlib
03.02.2022 265 0.0 0

Bu gün mənimlə Azərbaycana 24 macar şirkəti gəlib. Bütün bu şirkətlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpa prosesində iştirak etməyə hazırdır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, macar şirkətləri ərazilərin infrastrukturunun bərpasında, su təchizatının qurulmasında, alternativ enerji mənbələrindən istifadə üçün avadanlıq istehsal edən müəssisələrin tikilməsində, mədəniyyət və dini abidələrin bərpasında iştirak etməyə hazırdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar