Azərbaycanlı milyarderin ad günü kefi (FOTO)
07.03.2015 773 0.0 0

Türkiyəli iş adamı Ali Ağaoğlu ad gününü Moskvada azərbaycanlı iş adamı ilə birgə qeyd edib.

Məlumata görə, Ağaoğlu Şirkətlər Qrupu İdarə heyətinin sədri Ağaoğlu Moskvaya xüsusi təyyarəsiylə gedib. Moskva səfəri zamanı türk iş adamı Kremli və Nazım Hikmətin məzarını ziyarət edib.

Daha sonra Ağaoğlu Telman İsmayılovun təşkil etdiyi yığıncaqda iştirak edib. O, Türk bayrağı formasında hazırlanmış tortu da kəsib.

Telman İsmayılova qonaqpərvərliyi və dostluğu üçün təşəkkür edən Ali Ağaoğlu sözlərinə belə davam edib: 

"Yeni yaşımı dostlarımla birlikdə qeyd etdiyim üçün xoşbəxtəm", - deyə iş adamı söyləyib. /anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar