Azərbaycanlı Milyarder 50 metrlik yaxtasını 19,5 mln. avroya satıb
16.05.2016 1024 0.0 0

 "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov "Galactica" adlı yaxtasını satıb.Məlumata görə, bu barədə “Forbes” jurnalı yazıb.

50 metrlik yaxtanın yeni sahibi onun adını dəyişərək "Red Sapphire" qoyub. 2015-ci ilin martında 21 mln. avroya satışa çıxarılan yaxta 19,5 mln. avroya satılıb.
 
V. Ələkbərovun artıq özünə yeni yaxta alıb. Belə ki, 70 metrlik yaxtanın adı isə "Galactica Super Nova"dır. “Galactica Super Nova”nın dizaynını “Espen Oeino International” memarlıq bürosu həyata keçirib. Yaxtanın daha bir özəlliyi şüşəli liftin və büllur pilləkənlərin olmasıdır. Bundan başqa, yaxtanın ərazisində helikopter meydançası, şəlalə, jakuzi və nəhəng hovuz var./apa/


Digər xəbərlər:
Şərhlər
avatar