Azərbaycanlı iş adamı edam edilə bilər
09.07.2015 665 0.0 0

İranda dələduzluq yolu ilə 2 milyard 800 milyon dollar dəyərində dövlətə ziyan vurmaqda günahlandırılan iş adamı Babək Zencani edam edilə bilər. Məlumata görə, Zencaninin cinayət işi üzrə 200 səhifəlik iddianamə hazırlanıb.

Onun Türkiyədəki işlərini Rza Zərrab idarə edirdi. Türkiyədə hökümətə qarşı 17 dekabr 2013 korrupsiya cinayətlərində açar ad kimi hallanan iş adamı Rza Zərrabın İrandakı ortağı və ya sahibkarı kimi tanınan Babək Zencaniyə sanki dar ağacı qurulur.

İş adamı Babək Zencani 

 


 

İranlı milyarderin cinayət işi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə göndərilib. 2013-cü ilin dekabrında həbs olunan Zəncaninin cinayət işinə bu günə qədər bir çox edam qərarına imza atan bir hakim baxacaq. O, Əbul Kasım Salavatidir.

Mahmud Əhmedinejadın prezidentlik dövründə embarqo altındakı İranın pul köçürmələrinə nəzarət edən, İran neftini sanksiyaları aşmaq məqsədiylə qurulan şirkətlər vasitəsilə sataraq böyük bir sərvət sahibi olan Zencani, Türkiyədəki fəaliyyətini Rza Zərrabla reallaşdırırdı. Zərrab Zencani ilə əməkdaşlığını qəbul etmişdi./anspress/

 

İş adamı Rza Zərrab və Babək Zencani


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar