Tarix: 05.12.2016,   Saat: 00:21, Bazar ertəsi.          

Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair 13 sənəd imzalanıb

Bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 13 əməkdaşlıq sənədi imzalanıb.

Bildirək ki, bu, Qəbələ rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyası Stavropol vilayətinin Kislovodsk kurort-şəhəri Administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair Saziş, Bakı şəhərinin Nərimanov rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq barədə Niyyət Protokolu, Rusiya Federasiyasının Həştərxan vilayətinin “Nərimanov rayonu” bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye-istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair Saziş, Azpromo ilə Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum, Azpromo və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlıq barədə Memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa dair Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. 

Forum çərçivəsində həmçinin, “Bentonit” MMC, “ADY Exspress” MMC və “AzRosPromInvest” MMC arasında Strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın “Qlass Haus” şirkəti ilə Dağıstanın "Xəzər Vərəqə Şüşə Zavodu” ASC arasında mallar təchizatı üzrə Niyyət Sazişi imzalanıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan və Rusiyanın dövlət başçıları iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verirlər.

Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında mütəmadi olaraq həm dövlət başçıları, həm də rəsmi şəxslərin iştirakı ilə görüşlər keçirilir. Son 10 ildə Azərbaycanın dövlət başçısının Rusiyaya 30-dan çox səfəri olub: "İki ölkə arasında əməkdaşlıq sahəsində normativ baza yaradılıb. Azərbaycanla Rusiya 50 sahə üzrə 170-dən çox saziş imzalayıb. Eyni zamanda, iki ölkə arasında turizm, ticarət, kənd təsərrüfatı, sənaye, nəqliyyat, neft-qaz, investisiya, sənaye və digər sahələrdə əməkdaşlıq inkişaf edib. Rusiya Azərbaycana 3 mlrd. ABŞ dolları, Azərbaycan isə Rusiyaya 1 mlrd. dollardan çox həcmdə investisiya qoyub". 

"Ticarət əlaqələri hər iki ölkə üçün prioritet sahə hesab olunur. Bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi dinamik şəkildə artıb. Rusiya Azərbaycanın ticarət tərəfdaşları siyahısında 3-cü yerdədir", - deyə nazir bildirib./report/



  Bölmə: Gündəm | Baxış sayı: 280 | Tarix: 01.11.2016, 14:46


Xəbərlər