Azərbaycanla-İran sərhəd-keçid məntqəsində ölüm hadisəsi baş verib
04.03.2016 856 0.0 0

Biləsuvar sərhəd-keçid məntəqəsində ölüm faktı qeydə alınıb. Məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. Biləsuvar rayonunun Abazovka kənd sakini Elşən Məmmədhəsən oğlu Qasımov sərhəd-keçid məntəqəsindən keçərkən qəfildən dünyasını dəyişib. İlkin versiya kimi onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Hadisə yerinə dərhal təcili yardım maşını göndərilib. E.Qasımovun ölümünün dəqiq səbəbləri onun meyitinin daxili və xarici tibbi ekspertizasının yekun rəyindən sonra məlum olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar