Azərbaycanın xarici işlər naziri Moskvaya səfər edəcək
24.02.2017 695 0.0 0

"Mart ayında Moskvaya rəsmi səfər edəcək, Lavrovla görüşəcəm". 
 
Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. 
 
O, səfər zamanı ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib. 
 
"Nazirlər Kabinetində və Dövlət Dumasında da görüşlərim olacaq. Diplomatik Akademiyada çıxışım nəzərdə tutulub. Lavrovla iki ölkə arasında münasibətlərin 25 illiyinə həsr olunmuş sərginin açılışını edəcəyik", - deyə E. Məmmədyarov qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar