Azərbaycanın xarici işlər naziri Moskvada səfərdədir
28.04.2017 1034 0.0 0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.
Məlumata görə, E.Məmmədyarov Rusiyanın paytaxtına ötən gecə çatıb.
Bu gün Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq. Görüş bağlı qapılar arxasında keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar