Azərbaycanın «Formula 1»ə xərcləyəcəyi məbləğ açıqlandı
24.01.2016 865 0.0 0

2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə.

İtaliyalı avtoklubun rəhbəri Stiççi Damiani Azərbaycanın Bakıda keçiriləcək “Formula 1” mərhələsinə xərcləyəcəyi məbləği açıqlayıb.

Oxu.Az-ın Autoweek-ə istinadən məlumatına görə, Damiani bəyan edib ki, ölkəmiz “F1” rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcək.

Damiani həmçinin bildirib ki, Ekklsoun İtaliyada keçiriləcək Qran-Pri-yə görə ildə 28 milyon dollar istəyir, lakin İtaliya yalnız 20 milyon dollar ödəməyə hazırdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar