Azərbaycanı birləşdirmək uğrunda mübariz - Ağa Məhəmməd şah Qacar-VİDEO
24.04.2016 1185 0.0 0

Qazeta.info bildirir ki, APA TV-nin "Səsli tarix" layihəsinin növbəti mövzusu Azərbaycan tarixində önəmli yerə sahib olan şəxsiyyətlərdən birinə - Ağa Məhəmməd şah Qacara həsr olunub. Proqramda tarix qarşısında xidmətləri kifayət qədər fərqli bucaqlardan dəyərləndirilən Qacarla bağlı mövcud miflər dağıdılır, tamaşaçıya "beyin üçün həzm" missiyasını yerinə yetirən informasiyalar verilir. Sovet tarixşünaslığının üzərindən sükutla keçdiyi tarixi mənbələrə əsaslanaraq hazırlanan verilişdə Ağa Məhəmməd şah Qacarı tam yeni prizmadan dəyərləndirmək mümkün olacaq. Sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin Qacarlar haqqında auditoriya tərəfindən maraqla qarşılanacaq fikirləri ilə  tanış olmağa dəvət edirik.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar