Azərbaycandakı qazanxanalar günün sonunadək tam güclə işləyəcək
15.11.2016 686 0.0 0

“Azəristiliktəchizat” ASC-nin balansında olan bütün qazanxanalar bu gün günün sonunadək tam güclə işləməyə başlayacaq. Bu sözləri Trend-ə qurumun müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, şirkətin balansındakı qazanxanalarda sınaq işləri aparılıb və onlar qış mövsümünə hazırdır. R.Əliyev özəl şirkətlərə məxsus qazanxanaların isitmə sisteminin başlama müddətinin özlərinin təyin etdiklərini deyib:

“Azərbaycanda qazanxanalara sahib olan bir sıra özəl qurumlar var. Onlar “Azəriqaz” İB ilə bağlanan müqavilə əsasında istilik sistemini işə salırlar”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar