Azərbaycanda vətəndaşı məcburi işlədən sahibkar aşkarlanıb
06.06.2015 697 0.0 0

Azərbaycanda vətəndaşın məcburi əməyə cəlb edilməsi faktı aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə istinadən verdiyi məlumata görə, 2015-ci il iyun ayının 2-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı,Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü  Zeynalov Fehruz Məmməd oğlunun ailəvi sahib olduqları Bakı şəhəri, Xəzər rayonu və İmişli, İsmayıllı rayonlarında yerləşən heyvandarlıq fermalarında Azərbaycan Respublikası vətəndaşının məcburi əməyə məruz qalması faktı müəyyən edilib.
 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar