Azərbaycanda Suriyadakı uşaqlara yardım kampaniyası keçirilir
17.05.2017 730 0.0 0

Azərbaycanda “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniya keçirilir.
 
Məlumata görə, aksiya “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının 1 İyun  - Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunan “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniya çərçivəsində keçirilir.
 
Kampaniya çərçivəsində tələbə və məktəblilər tərəfindən hazırlanmış əl işləri və hədiyyələr, eləcə də maraqlı qurumlar və fərdi şəxslər tərəfindən göstərilən bütün yardımlar qəbul olunur.
 
Kampaniyada təhsil müəssisələrinin yaxından iştirakını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün ali təhsil müəssisələrinin rəhbərlərinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinə nazir müavini Ceyhun Bayramovun adından məktub göndərilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar