Azərbaycanda saxlanılan «nurçular» məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüblər
15.09.2016 621 0.0 0

Azərbaycanda saxlanılan “nurçular” cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisinə köçürülüblər.

 

Məlumata görə, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Eldəniz Hacıyev və İsmayıl Məmmədov saxlanma növünün dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

 

Məhkəmə onların müraciətini nəzərə alaraq saxlanma yerini məntəqə tipli cəzaçəkmə müəssisəsi ilə əvəz edib.

 

Qeyd edək ki, 2013-cü ilin aprelin Bakıda evdə toplantı keçirən 41 “nurçu” saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçuluğu” təbliğ edən audio və video materiallar müsadirə olunub. Yasamal rayon Məhkəməsinin hökmü ilə həmin iş üzrə Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il  müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib.

 

Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham olunub.

 

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların şikayətlərinin qismən təmin edilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, İsmayıl Məmmədov və Eldəniz Hacıyevin cəzası 2 il 6 aya endirilib, digər üç nəfər isə məhkəmə zalından azadlığa buraxılıb. Onların cəzaları şərti hesab edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar