Azərbaycanda partiya sədri vəfat etdi
28.01.2016 578 0.0 0

Qazeta.info Azinforum.az- a istinadla xəbər verir ki, Azərbaycanın tanınmış siyasətçilərindən olan, Vahid Azərbaycan Partiyasına sədri Kərrar Əbilov 85 yaşında dünyasını dəyişib. Kərrar Əbilov daha çox  1993-cü ildə keçirilən prezident seçkilərində mərhum Heydər Əliyevin alternativi kimi tanınıb. Partiya sədrinin uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 1930-cu ildə Şuşada doğulmuş Kərrar Əbilov Leninqrad Universitetini bitirib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb. Psixologiya elmləri namizədidir. Bir oğlu, bir qızı var.  Allah rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar