Azərbaycanda müәyyәn edilmiş cinayәt törәdənlərin çoxu ...
06.12.2019 535 0.0 0

Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.

Məlumata görə, 2018-ci ildə Azərbaycanda 16 727 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 12 679 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.

Ötən il cinayət törədənlərin 341-i məşğulluğuna görə fəhlə, 560-ı qulluqçu, 31-i kənd təsərrüfatı işçiləri, 71-i təhsil alanlardır. Cinayətkarların qalan 3 045 nəfəri digər sahələr üzrə işləyib.

Müәyyәn edilmiş cinayәt törәdənlərin 10 863-ü 30 və daha yuxarı yaşda olub.

Ötən il ərzində müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı 2017-ci ilə (16 750) nisbətən azalsa da, bu kateqoriyadan olanlar arasında 30 və daha yuxarı yaşda cinayət törədənlərin sayı artıb.

2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2017-ci ildə 10 501-nin yaşı 30 və daha yuxarı olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar