Azərbaycanda məşhur futbolçusu qəza törətdi - VİDEO
02.06.2016 964 0.0 0

"Qarabağ"ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb. "Globo"ya istinadən verilən məlumata görə, hadisə ötən gün Aqreste ştatında baş verib. 
Doğma şəhərində dincələn hücumçu şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə motosikl sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.    
Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib. 
Qeyd edək ki, Reynaldo "Qarabağ"da 2013-cü ilin qışından çıxış edir. /report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar