Azərbaycanda məcburi müalicə cəlb olunan narkomanların sayı açıqlandı
05.03.2016 569 0.0 0

2015-ci ildə 2833 nəfər könüllü müalicə almaq üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət edib. Məlumata görə, bu, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda əksini tapıb.
 
Keçən il Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin də məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub.  Respublika üzrə 2015-ci il ərzində ekspertizadan cəmi 3111 nəfər keçib. Onlardan 1577 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 13 nəfərdir, onlardan 1 nəfərinin müalicəsi hal-hazırda davam edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar