Azərbaycanda hind kinosunu xatırladan qətldən şok faktlar (TƏFƏRRÜAT)
26.03.2015 731 0.0 0

Ötən gün İsmayıllı rayonunda hind kinolarını xatırladan qətl hadisəsilə bağlı əlavə məlumatlar əldə olunub. 

Məlumata görə, Qurban Əfəndi kəndində həyat yoldaşını və qonşusunu güllələyən kişi 28 səhifəlik məktub yazıb.

Qeyd edək ki, hadisə dünən səhər saat 10 radələrində İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qeydə alınıb. 64 yaşlı kənd sakini Məhəmməd Əhməd oğlu Əhmədov həmkəndlisi 62 yaşlı Allahverdi Sədulla oğlu Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Qəhrəman qızı Əhmədovanı güllələyərək öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilib.

Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Məlum olub ki, Məhəmməd Əhmədov qəti əvvəlcədən planlaşdırıbmış. O, hətta cinayəti törətməmişdən əvvəl məktub da yazıb. Həmin məktub 28 səhifədən ibarətdir. Məktubda Məhəmməd Əhmədov həyat yoldaşı Bahar Əhmədova ilə qonşusu Allahverdi Rəhimov arasında sevgi münasibətləri olub. Hətta bu barədə dəfələrlə ona deyiblər. Bir neçə dəfə, qonşu qadınlar Bahar Əhmədova ilə dalaşan zaman onu ərinə xəyanət etməkdə günahlandırıblar. Məhz belə hallar Məhəmməd Əhmədova olduqca pis təsir edib.

Bu səbəbdən o, əvvəlcədən plan qurub. Hətta cinayətdə istifadə etdiyi ov tüfəngini kustar üslla düzəldib. O, silahın lüləsini kəsib.

Məhəmməd Əhmədovun yazdığı məktubunda isə əvvəlcədən cinayəti törətməyi planlaşdırdığını deyib. O, uzun zamandır qısqanclıq hissilə qovrulduğunu etiraf edib. Lakin gənclik illərində əsəblərini cilovlamasının səbəblərni də açıqlayıb. Məhəmməd Əhmədov məktubunda övladlarını böyütmək və onları evləndirmək üçün gözlədiyini yazıb. Məhəmməd Əhmədov həmçinin məktubunda kiçik oğlundan üzrxahlıq edib ki, onu evləndirə bilməyib. 

Qeyd edək ki, Məhəmməd Əhmədov kənddə ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına gəlib. Silahı çəkib və “Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir” deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.
Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat yoldaşı Bahar Əhməovanı da güllələyib.

Hadisəni törədən Məhəmməd Əhmədovun halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə alır. Polis nəzarəti altında müalicə alan şübhəlinin vəziyyəti ağırdır./anspress/

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar