Azərbaycanda evlənmək üçün müayinə olunacaq xəstəliklərin siyahısı təsdiqləndi
12.05.2015 818 0.0 0

Nazirlər Kabineti Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin müayinə olunacağı xəstəliklərin Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış siyahısını təsdiq edib. Bu barədə  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, laborator müayinələr irsi qan xəstəlikləri, sifilis və İİV virusu üzrə olacaq.

Artıq iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər bu xəstəliklər üzrə müayinələr keçib tibbi arayış almalıdırlar. Müayinənin nəticəsi müraciət edən şəxsin özünə təqdim ediləcək.

Qeyd edək ki, Ailə Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, nikaha girən şəxslər dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar. Nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçdikdən sonra arayış alırlar./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar