Azərbaycanda dolların qiyməti nə qədər qalxacaq?-Rəsmi açıqlama
19.02.2015 806 0.0 0

Bu il Azərbaycanda dollar maksimum 85 qəpiyə qədər bahalaşacaq.

Məlumata görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bu məsələni Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Alim Quliyevlə müzakirə edib: “Onunla bu barədə danışdım, belə başa düşdüm ki, dolların qiyməti maksimum 5-7 qəpik arta bilər”.
Vahid Əhmədov qeyd edib ki, manatın ucuzlaşdırılması Azərbaycandan qeyri-neft məhsullarının ixracı üçün çox vacibdir: “Bildiyimiz kimi, bizim ixracın 92%-i neft və neft məhsulları, təbii qazdır, bu nisbət dəyişməlidir. Amma devalvasiya həm də əhalinin gəlirlərinə, banklardakı əmanətlərinə mənfi təsir edə bilər, ona görə də, manatın ciddi ucuzlaşmasına imkan verilməyəcək”./fins.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar