Azərbaycanda bu qydaya riayət etməyən sürücülər 400 manat cərimə olunacaq
10.12.2015 1319 0.0 0

Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə tətbiq olunan cərimənin məbləği artırılır. Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, cəzanın sərtləşdirilməsi yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.

Belə ki, İXM qəbul edildikdən sonra nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma tətbiq ediləcək.

Qeyd edək ki, hazırkı İXM-də cərimənin məbləği 300 manatdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar