Azərbaycanda bəzi saytların bloklanması ilə bağlı məhkəmə başlayıb
27.04.2017 972 0.0 0

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarının, "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başlayıb.
 
Məlumata görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə iclasda ərizəçinin nümayəndəsinin etibarnaməsi olmadığından iclas mayın 1-nə təxirə salınıb.
 
Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi qeyd olunan saytların bloklanması barədə mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar