Azərbaycanda ay ərzində bahalaşan və ucuzlaşan ərzaq və qeyri ərzaq malları- SİYAHI
14.11.2016 985 0.0 0

 2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşmışdır.

Qazeta.info Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2016-cı ilin oktyabr ayında  sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşmışdır.

 

Ötən ay əzində qiymətlərində bahalaşma qeydə alınan qida məhsulları

  1. Düyü
  2. Un
  3. Makaron məmulatları
  4. Qarabaşaq
  5. Yulaf və arpa yarması
  6. Mal, qoyun və toyuq əti
  7. Balıq məhsulları
  8. Kolbasa məmulatları
  9. Süd məhsulları
  10. Yumurta
  11. Kərə və bitki yağları
  12. Şəkər və şəkər tozu
  13. Sokolad və konfetlər
  14. Qəhvə
  15. Çay və kakao
  16. Armud
  17. Üzüm
  18. Göyərti
  19. Pomidor
  20. Xiyar
  21. Kartof
  22. Kök
  23. Çuğundur
  24. Sarımsağ 

 

Ötən ay əzində qiymətlərində ucuzlaşma qeydə alınan qida məhsulları

 

  1. Alma
  2. Limon
  3. Naringi
  4. Heyva
  5. Nar
  6. Xurman
  7. Soğan
  8. Kələm
  9. Balqabağ

 

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Oktyabr ayında qiymətlərində bahalaşma müşahidə olunan qeyri-ərzaq məhsulları .

 

  1. Parçaların
  2. Geyim və ayaqqabılar
  3. İnşaat materialları
  4. Mebel və ev əşyaları
  5. Xalça və digər döşəmə örtüklər 
  6. Ev üçün toxuculuq məmulatlar
  7. Zərgərlik məmulatları 
  8. Şüşə məmulatları
  9. Yemək qabları və əşyaları
  10. Məişət cihazları
  11. Telefon və fotoaparatları 
  12. Dəftərxana ləvazimatları
  13. Minik avtomobilləri üçün ehtiyat hissələri

 

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

Oktyabr ayı ərzində bahalaşan ödənişli xidmətlər:

 

  1. Mənzillərin icarə haqları
  2. Paltarların təmizlənməsi
  3. Təmiri və kirayəsi
  4. Ayaqqabılar təmiri xidmətləri
  5. Məişət cihazları təmiri xidmətləri
  6. Mebel təmiri xidmətləri
  7. Ev əşyaları təmiri xidmətləri
  8. Döşəmə örtükləri təmiri xidmətləri
  9. Avtomobil təmiri xidmətləri
  10. Stomatoloji xidmətlri

 

Bildirək ki, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşmışdır.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar