Azərbaycanda ağır yol nəqliyyat hadisəsi baş verib- 5 nəfər ölüb
01.08.2015 661 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nazirliyin  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci killometrində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılmışdır.

Məlumata görə hadisə nəticədə, deformasiyaya uğramış “Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə  yerində vəfat etmişdir.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 05:05-də başa çatmışdır;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar