Azərbaycana payız gəlib
22.09.2016 490 0.0 0

Azərbaycana payız gəlib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, iyunun 21-i Bakı vaxtı ilə 02:34-dən ölkəyə qədəm qoymuş yay fəsli sentyabrın 22-də saat 18:21-dən etibarən payız fəsli ilə əvəzlənib.

 

Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq isə gecələr uzanacaq, gündüzlər qısalacaq.

 

Gecələrin uzanması dekabrın 21-dək davam edəcək və həmin vaxt ən uzun gecə olacaq.

 

Bu il qışın Azərbaycana gəlişi dekabrın 21-i saat 14:44-də baş verəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar