Azərbaycana gətirilən avtomobillərin sayında kəskin azalma davam edir-VİDEO
18.04.2016 478 0.0 0

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 362 ədəd avtomobil idxal olunub.


Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən verilən xəbərə görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 673  ədəd avtomobil və ya 7,37 dəfə azalıb.

 

Ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 235 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 97 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 11 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar