AZƏRBAYCAN XİN-«ERMƏNİSTAN TEZ BİR ZAMANDA DANIŞIQLARA BAŞLAMLIDIR»
06.02.2015 676 0.0 0

“Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, işğalçı silahlı qüvvələr Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər”

Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər”.
 
Məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın fikirlərinə cavab olaraq deyib.
 
H. Hacıyev bildirib ki, mahiyyətsiz, boş və demaqogiya xarakterli bəyanatlar vermək əvəzinə, Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.
 
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan Münhendə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdə Azərbaycanı beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaqda və sülh prosesini dalana dirəməkdə günahlandırıb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar