Azərbaycan və Türkiyədə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə sazişi təsdiqlənib
06.05.2016 495 0.0 0

 Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. 

Məlumata görə, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Daha sonra Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib. 

Beləliklə, artıq Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar