Azərbaycan və Rusiya müdafiə nazirləri təkbətək görüş keçirib
01.08.2015 644 0.0 0

 

İki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Bu gün Moskva vilayətində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş nümayəndə heyətinin iştirakı olmadan təkbətək keçirilib.
 
Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
Eyni zamanda, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
 
Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştitak olmadan davam etdirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar