Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakı görüşünün gündəliyi məlum olub
29.03.2016 590 0.0 0

Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin bu yaxınlarda Bakıda baş tutacaq üçtərəfli görüşündə müzakirə olunacaq əsas məsələlər məlum olub.

 

XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, toplantıda üçtərəfli regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olacaq.

 

Görüşün dəqiq tarixi hələlik məlum deyil./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar