Azərbaycan qızıl istehsalını 3,2 dəfə artırıb
15.08.2017 561 0.0 0

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 3 605 kq qızıl istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2016-cı ilin 7 ayı ilə müqayisədə 3,2 dəfə çoxdur. Nəticədə bu ilin avqustun 1-nə 36,5 kq hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin 7 ayı ərzində ölkədə 204,7 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 7% azdır. Nəticədə bu ilin avqustun 1-nə 19,6 kq hazır məhsul ehtiyatı yaranıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar