Azərbaycan qanunsuz təşkilat yaratmaqda itiham olunan şəxsi Türkiyəyə təhvil verib
16.07.2016 953 0.0 0

“Tevhid-Selam və Qüds ordusu təşkilatını qurmaq və idarə etmək” ittihamları ilə bağlı 12 il 6 ay həbs cəzasına məhkum edilən Mehmet Ali Tekin Azərbaycandan Türkiyəyə təhvil verilib.

Gunes.com saytına istinadən verilən xəbərə görə, M.A. Tekin İstanbul Bakırköy prokurorluğuna aparılıb.

 

Qeyd edək ki, 2013-cü ilin 17 yanvar tarixində Ankara 1-ci Ağır Cəza Məhkəməsi “Umut” əməliyyatı çərçivəsində Mehmet Ali Tekin, Hasan Kılıç və Ekrem Baytapı “Tevhid-Selam və Qüds ordusu təşkilatını qurmaq və idarə etmək” ittihamları ilə bağlı 12 il 6 ay həbs cəzasına məhkum edib.

 

 

Mehmet Ali Tekin bu il Türkiyədən Naxçıvana keçərkən saxlanılıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar