Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib
07.04.2016 508 0.0 0

Cəbhədə ermənilərin hücumunun qarşısını alarkən şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Məmmədov Ülvin Cəmaləddin oğlu bu gün Ağcabədi rayonunda torpağa tapşırılıb.
 
Məlumata görə, əslən Laçın rayonundan olan şəhid Ağcabədi rayonu ərazisində, Laçından olan məcburi köçkünlərin məskunlaşdığı “Taxta körpü” qəsəbəsində salınmış məzarlıqda dəfn olunub. Dəfin mərasimində Laçın, Ağcabədi və Xocavənd rayon icra hakimiyyətlərinin rəsmiləri, millət vəkilləri və Laçın rayon ictimaiyyəti iştirak edib.
 
Şəhid Bayramov Şulan Bayram oğlu isə bu gün Sumqayıt şəhərində dəfn olunub. Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. 1996-cı il təvəllüdlü Ş. Bayramovun ordudan tərxis olunmasına bir neçə gün qalıbmış./apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar