Azərbaycan neftinin ucuzlaşması davam edir
26.10.2016 449 0.0 0

Dünya bazarında neft ucuzlaşması davam edir.

 

APA- xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,65 dollar azalaraq 49,31 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 50,21 dollar olub.

 

Neftin ucuzlaşmasına OPEC-ə daxil olan ölkələrin hasilatın dondurulması barədə razılığa gələ bilməyəcəyi ilə bağlı ehtimalların artması səbəb olub. 

 

Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,5 dollar və ya 0,96% azalaraq 51,72 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar