Azərbaycan nefti ucuzlaşıb
10.03.2017 745 0.0 0

Dünya birjalarında neft bahalaşıb.
 
Qazeta.info APA-ya xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar və ya 0,67% artaraq 49,61 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,61% artaraq 52,51 dollar olub.

Azərbaycan nefti 3 dollar ucuzlaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 3,04 dollar və ya 5,42% azalaraq 53,07 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar