Azərbaycan nefti bahalaşıb
29.01.2022 686 0.0 0

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 94,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,42 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 89,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 92,86 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar