Azərbaycan nefti bahalaşıb
02.02.2017 760 0.0 0

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır.

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar və ya 0,58% azalaraq 53,57 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,48% artaraq 56,53 dollar olub.
 
Ötən gün ABŞ-ın Energetika Nazirliyi bəyan edib ki, ölkənin kommersiya neft ehtiyatları (strateji ehtiyatlar nəzərə alınmadan) yanvarın 27-si bitən həftə ərzində 6,5 mln. barel artaraq 494,8 mln. barelə çatıb. Halbuki analitiklər cəmi 3,3 mln. barel artım proqnozlaşdırırdı.
 
Neftin qiymətlərinə əlavə olaraq investorlar tərəfindən gəlirlərinin fiksə etməsi təzyiq göstərir.

 

Azərbaycan nefti bahalaşmaqda davam edir.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,68 dollar və ya 1,2% artaraq 57,47 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar