Azərbaycan millisinin futbolçusu Türkiyənin `Gənclərbirliyi` klubuna transfer olunub
11.01.2018 864 0.0 0

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub.

“Futbol Arena”ya istinadən xəbər verilir ki, 30 yaşlı forvardla 1,5 illik müqavilə razılaşdırılıb. 

Qeyd edək ki, müqavilə ilə "Bursaspor”a məxsus olan Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Super Liqada çıxış edən "Gənclərbirliyi” 17 turdan sonra 14 xalla 17-ci pillədə qarşılaşıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti oyununu yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçı çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəliblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar