Azərbaycan idmançısından türkiyəli rəqibə qarşı nümunəvi hərəkət -VİDEO
17.05.2017 2030 0.0 0

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışlarında maraqlı hadisə yaşanıb. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan kişi taekvondoçularun yarımfinal görüşündə Azərbaycan idmançısı Qasım Maqometovla Türkiyə təmsilçisi Dəniz Dağdələn üz-üzə gəlib. Görüşün başlanğıcında Qasım Maqomedovun zərbəsindən sonra türk taekvondoçu ağır zədə alıb. Qasım Maqemodov oyunu dayandıraraq həmkarına yardım göstərib. Taekvondoçumuzun "Fair Play" çərçivəsində davranışı tamaşaçıların alqışına səbəb olub.

 

Qeyd edək ki, türk taekvondoçu zədə səbəbindən görüşü davam etdirə bilməyib və təmsilçimiz Qasım Maqometov finala vəsiqə qazanıb. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar