Azərbaycan idmançısı yarışda aldığı travmadan ölüb
29.10.2016 1364 0.0 0

Tərtərdə idmançı 2 ay əvvəl aldığı travmadan həyatını itirib.

Məlumata görə, Tərtər şəhər sakini  Cəhdi Cəlal Ramil oğlu bu gün ölüb. 15 yaşlı C. Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.

 

Yaxınlarının verdiyi xəbərə görə, C. Cəhdi  2 ay əvvəl Göyçayda keçirilən yarışda travma alıb. Bir müddət müalicə keçib. İki gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda keçinib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar