Azərbaycan əhalisinin sayı açıqlanıb
15.09.2017 334 0.0 0

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 48879 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 9858860 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir.

Azərbaycan əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. /Report/


Digər xəbərlər:
Şərhlər
avatar