Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa çempionu olub
13.03.2022 390 0.0 0

Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Məlumata görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Qraçya Marqaryanla üz-üzə gəlib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Bayramov Avropa çempionatının qalibi olub.

57 kq-dakı Tofiq Əliyev bolqar İvaylo Tisovu məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün həmçinin İslam İlyasov (97 kq) qızıl, Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda görüşə çıxacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar