Azərbaycan daha iki nəfər, Emin Ağalarov və Fərid Quliyevlə bağlı İnterpola müraciət edib-Foto
28.05.2015 1358 0.0 0
Azərbaycanda vergidən yayınan daha iki nəfər beynəlxalq axtarışa verilib.

 

Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 

 

Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Quliyev və 34 yaşlı Emin Ağalarov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilirlər. Ölkəni tərk etdikləri üçün onların barəsində dövlətlərarası axtarış elan edilib.

 

Hazırda onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Azərbaycanda son vaxtlar vergidən yayınan xeyli şəxs barəsində axtarış elan olunub./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar