Azərbaycan cüdoçusu `Böyük dəbilqə` turnirində gümüş medala sahib olub
19.02.2022 331 0.0 0


Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub.

Qazeta.info Gənclər və İdman Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşdə ukraynalı Yevhen Honçarko, sonrakı qarşılaşmalarda İsrail cüdoçusu Eylon Barşeşet, ispaniyalı Alberto Martınə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Monqolustan təmsilçisi Xerlen Qanboldu məğlub edən idmançımız adını finala yazdırıb. Yaşar Nəcəfovun monqolustanlı rəqibinə tətbiq etdiyi fənd Beynəlxalq Cüdo Federasiyasının şərhçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.

Həlledici mərhələdə cüdoçumuz israilli Barux Şmailova uduzaraq ikinci yerlə kifayətlənməli olub.

Xatırladaq ki, Azərbaycan turnirə 9 cüdoçu ilə qatılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar