Azərbaycan çempionatında daha 7 çəkidə qaliblər müəyyənləşib
10.02.2022 283 0.0 0

Bakı İdman Sarayında keçirilən güləş üzrə U-20 Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib.

Qazeta.info xəbər verir ki, ikinci yarış günündə klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda yunan-Roma güləşçiləri arasında Laçın Vəliyev (87 kq), Hüseyn Hüseynov (97 kq) və Həybulla Qıstarov (130 kq) qızıl medal qazanıblar. Sərbəst güləşçilərin mübarizəsində isə Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq) və Məhəmməd-Bəşir Xaniyev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın sonuncu günündə - sabah isə 74, 79, 86, 92, 97 və 125 kq çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar