Azərbayacn XİN-Ermənistana sanksiyaların tətbiq olunması məsələsini təklif edir
27.02.2015 662 0.0 0

“Almaniya və Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi olması hələlik gündəlikdə deyil”

 “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun bütün ölkələri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün öz töhfələrini verməli, aktivlik nümayiş etdirməlidir”.
 
Məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
 
Onun sözlərinə görə, münaqişənin həllində iştirakının vacibliyi səslənən Almaniya və Türkiyə də ATƏT-in Minsk qrupunun üzvüdür: “Ümumilikdə yekun məqsəd Azərbaycan ərazilərinin işğaldan azad olunması, məcburi köçkünləri öz evlərinə qayıtmasıdır.
 
Almaniya və Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi olması hələlik gündəlikdə deyil.
 
Həmsədr ölkələrdən isə gözləntimiz odur ki, Ermənistanın destruktiv, danışıqlar prosesinə xələl gətirmək siyasətini nəzərə alaraq, bu ölkəyə fərqli münasibət sərgiləsinlər, məcburedici tədbirlər, o cümlədən sanksiyaların tətbiq olunması nəzərdən keçirsinlər”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar