Ayaz Mirzəyev Nazirlər Kabinetində tutduğu vəzifədən ayrıldı
19.11.2019 551 0.0 0

Ayaz Mirzəyev Nazirlər Kabinetində tutduğu vəzifədən istefa verib. 

Qazeta.info bildirir ki, bunu A.Mirzəyevin özü bildirib.  

A. Mirzəyev bildirib ki, “Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm.  Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm", 

Bildirək ki, Ayaz Mirzəyev Novruz Məmmədovun əmri ilə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar