Avtobusu təhlükəli idarə edən sürücü işdən qovuldu
21.09.2017 602 0.0 0

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunu təhlükəli idarə edən sürücü barədə tədbir görüb.

Agentlikdən verilən məlumata görə, sentyabrın 20-də 66 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü tərəfindən qanunverciliyin, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntü ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb.

Sözügedən görüntülərdə sürücünün avtobusu idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlaması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur. 66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu Agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib.

Agentlik bildirir ki, ictimai qınaq olaraq sərnişinlər də bu kimi məsələlərə biganə qalmamalıdırlar. Onların təhlükəsizlik qaydalarına, müəyyən olunmuş təlimatlara əməl etmələrinin vacib olduğu əsas məqamlardan biridir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar